"Qarabağ"ın sabiq üzvü Vladimir Dimitrovski aktiv futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, şimali makedoniyalı məşqçilik karyerasına start verib. O, artıq özünə yeni iş yeri də tapıb.
Dimitrovski "Olimpiakos"un U-14 komandasına baş məşqçi təyin edilib.
Veteran futbolçu 2015-ci ildə "Qarabağ"a keçmişdi. Amma əsas heyət üzvünə çevrilə bilmədiyindən Ağdam klubunun düşərgəsini tərk edərək "Teplitse" ilə anlaşmışdı.
