"Tottenhem" İspaniya millisinin üzvünü transfer edəcək

16:13 - 15 Yanvar 2023

“Sportinq”in müdafiəçisi Pedro Porro karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az “Goal.com”a istinadən xəbər verir ki, “Tottenham” onu heyətinə qatmaq niyyətindədir. 

Futbolçunun transferi 45 milyon avro dəyərində qiymətləndirilir.

23 yaşlı müdafiəçi “Jirona”, “Mançester Siti”, “Valyadolid” klublarında oynayıb. O, İspaniya millisinin də üzvüdür.

London klubu artıq danışıqlara start verib. Yaxın günlərdə keçidin baş tutacağı ehtimal olunur.

 

Xəbər xətti