"Napoli" onunla müqavilə müddətini uzadacaq

18:53 - 15 Yanvar 2023

“Napoli” Luçano Spaletti ilə müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol təmsilçisinin rəhbərliyi artıq danışıqlara start verib.

İtaliya A seriyasının hazırkı lideri təcrübəli mütəxəssisin müqavilə müddətini 2025-ci ilə qədər uzatmağı planlaşdırır.

Onun hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədərdir. 63 yaşlı məşqçi “Empoli”, “Sampdoriya”, “Venetsiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter”də çalışdıqdan sonra 2021-ci ildə “Napoli”yə baş məşqçi təyin edilib.

 

Xəbər xətti