"Çelsi" ukraynalını transfer etdi

19:16 - 15 Yanvar 2023

Uzun müddətdir ki, "Arsenal"a keçəcəyi gözlənilən Mixail Mudrik Londona köçüb. 

Sportal.az xəbər verir ki, "Şaxtyor" ukraynalı yarımmüdafiəçini "Çelsi"yə satıb.

"Zadəganlar" onunla 2030-cu ilin yayınadək müqavilə imzalayıb.

Bu transfer üçün London təmsilçisi "Şaxtyor"a 70 milyon avro ödəyəcək.

Mudrik bu mövsüm 24 oyuna 10 qol vurub, 8 assist etmişdi. 

Xəbər xətti