Türkiyədən ayrıldı, Rusiya klubuna keçdi

22:02 - 15 Yanvar 2023

"Adana Demirspor"dan ayrıldıqdan sonra klubsuz qalmış Artyom Dzyuba karyerasını "Torpedo"da davam etdirəcək.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli hücumçu Moskva klubu ilə anlaşıb.

34 yaşlı forvard Türkiyəyə yollanaraq komandanın toplanışında iştirak edəcək.

Dzyuba "Spartak", "Tom", "Rostov", "Zenit", "Arsenal"(Tula) klublarında oynayıb.
 

Xəbər xətti