Kiprin “Omoniya” klubu ukraynalı futbolçu ilə anlaşıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Dinamo"nun (Kiyev) hücumçusu Artyom Besedin icarə əsasında Nikosiya klubunda oynayacaq.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna mətbuatı forvardın “Qarabağ”a keçəcəyi iddia edirdi.
26 yaşlı hücumçu "Dinamo" ilə yanaşı `"Metallist"(Xarkov) klubunda oynayıb.
