"Əl-Nəsr"in baş məşqçisi: "Biz Ronaldodan asılı deyilik"

14:18 - 4 Fevral 2023

"Əl-Nasr"ın baş məşqçisi Rudi Qarsiya "Əl-Fateh"lə matçdakı heç-heçəni (2:2) şərh edib. 

Sportal.az xəbər verir ki, “Alyaum”a danışan komandanın çalışdırıcısı görüşün 90+3-cü dəqiqəsində penaltidən fərqlənən Kriştiano Ronaldo barədə də fikirlərini bildirib: 

"Kristiano Ronaldonun qoluna sevindim. Anderson Taliskanın qırmızı vərəqə almasına isə kədərləndim. Taliskasız matçlarda qalib gəlmişik. Biz tamamilə Ronaldodan asılı deyilik. Qarşıdakı dövrdə yaxşılaşmaq lazımdır, çünki son iki matçda qol buraxmışıq".

Xəbər xətti