Premyer Liqa klubunun 100 milyonluq təklifindən imtina etdilər

19:20 - 4 Fevral 2023

"Nyukasl" qış "transfer pəncərəsi"ndə "Napoli"nin hücumçusu Viktor Osimheni heyətinə qatmaq istəyib.

Sportal.az "Sport Witness"ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçu üçün 100 milyon avro ödəməyə hazır olsa da, neapollular bu təklifi rədd edib.

Neapol klubu mövsümün sonunda həmin təklifi gözdən keçirə bilər.

24 yaşlı forvard “Volfsburq”, “Şarlerua”, “Lill” klublarında oynadıqdan sonra 2020-ci ildə “Napoli”yə keçib.

Xəbər xətti