"Sabah" müdafiəçisini Ukrayna klubuna icarəyə verdi

21:22 - 4 Fevral 2023

"Sabah" braziliyalı müdafiəçisi Hiqor Qabrieli Ukraynanın "Lvov" klubuna icarəyə verib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə müqaviləsinin müddəti 2023-cü il, iyunun 30-na kimidir.

Qeyd edək ki, Qabriel ötən ilin fevral ayından “Sabah”ın üzvüdür.

​O, cari mövsümün ilk yarısında Belarusun “Dinamo” (Minsk) komandasında icarə əsasında çıxış edib.

Xəbər xətti