"Zirə"nin yeni transferinə diqqət - VİDEO

21:43 - 4 Fevral 2023

"Zirə" heyətini nigeriyalı futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi "Pakoş de Ferreyra"da oynamış Abbas İbrahimlə 2+1 illik müqavilə imzalayıb.

Nigeriyanın "Kvara Yunayted" klubunun yetirməsi olan dayaq yarımmüdafiəçisi 2018-ci ildən "Pakoş de Ferreyra"da çıxış edirdi. 25 yaşlı müdafiəçi müxtəlif illərdə "Paredes", "Aruka" klublarında icarədə oynayıb.

 

Xəbər xətti