Fabio Kannavaro istefaya göndərildi

13:28 - 5 Fevral 2023

İtaliyanın “Benevento” klubunun baş məşqçisi Fabio Kannavaro ilə yollarını ayırıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə B seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə istefaya göndərilib. 

 

Qeyd edək ki, Kannavaro 2022-ci ilin sentyabrında "Benevento"ya baş məşqçi təyin edilmişdi. "Sarı qırmızılar" 23 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər xətti