"Qarabağ"dan Macarıstanın "Ferentsvaroş" klubuna transfer olan Kvabena Ovusu zədələnib.
Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu ölkə çempionatının 18-ci turu çərçivəsində baş tutan “Uypeşt”lə matçda sıradan çıxıb. Topuğundan zədələnən qanalı forvard meydanı xərəkdə tərk edib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, "Ferentsvaroş" - "Uypeşt" qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi