Almaniya Bundesliqasının təmsilçisi "Hoffenhaym" baş məşqçisiz qalıb.
Sportal.az xəbər verir ki, klub rəhbərliyi Andre Braytenrayteri istefaya göndərib.
Adıçəkilən məşqçi mövsümün əvvəlindən komandaya rəhbərlik edirdi.
Onun rəhbərliyi altında komanda 22 matçda 7 qələbə qazanıb, 11 matçda uduzub, 4 görüşdə isə bərabərə qalmışdı.
saytlarin hazirlanmasi