Yayda "Neftçi"dən ayrılan Fəhmin Muradbəylinin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını I Divizionda davam etdirəcək. Muradbəyli "Araz Naxçıvan"a keçib. Bu barədə Muxtar Respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. U-21 millimizin keçmiş üzvü mövsümün sonuna kimi "Araz Naxçıvan"da çıxış edəcək.
Qeyd edək ki, Fəhmin Muradbəyli "Neftçi"nin yetirməsidir. O, son mövsümü icarə əsasında "Şamaxı"nın heyətində keçirib.
saytlarin hazirlanmasi