Naxçıvan klubu Premyer Liqaya hazırlığa başlamaq istəyir, AFFA-dan cavab gözləyirlər

14:27 - 9 Fevral 2023

AFFA və Naxçıvan Futbol Federasiyası arasında danışıqlar başlayıb.

 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, tərəflər Naxçıvan şəhər stadionunun yenidən qurulmasıyla bağlı məsləhətləşmə aparır.

 

Burada hər şey "Araz Naxçıvan"la bağlıdır. Belə ki, I Divizionda mübarizə aparan bölgə təmsilçisi növbəti mövsüm Premyer Liqada çıxış etməyə iddialıdır.

 

AFFA "ağ-qırmızılar"ı elita iştirakçıları sırasına qoşsa, Muxtar Respublikanın mərkəzi arenası tez bir zamanda təmirə bağlanacaq.

 

Təbii meydançanın süni qazonla əvəzlənməsi nəzərdə tutulub. Belədə artıq may ayında söküntü işlərinə başlanacaq və avqustadək başa çatdırılacaq.

 

Həmçinin stadionun ərazisində yardımçı meydançanın salınması planlaşdırılıb.

Xəbər xətti