Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Kayserispor"dan Onur Bulutu transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb. 28 yaşlı sağ cinah müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Onur Bulut "Kayserispor"a 2021-ci ilin yayında "Alanyaspor"dan transfer olunub. Türkiyə millisinin üzvü cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi