AFFA-dan Türkiyəyə 500 minlik yardım

15:50 - 9 Fevral 2023

AFFA Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardım edib.

Sportal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb:

"Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək üçün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi media platformaları vasitəsilə ictimaiyyətə müraciəti nəzərə alınaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 min Türkiyə lirəsi (45 min 150 AZN) məbləğində maliyyə vəsaiti köçürülüb".

Xəbər xətti