Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Asiya zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.
Sportal.az xəbər verir ki, ötən ilin ən yaxşı asiyalı futbolçusu adına Cənubi Koreya millisinin və "Tottenhem"in hücumçusu Son Hın Min layiq görülüb. Bu barədə IFFHS-in mətbuat xidməti məlumat yayıb.
Son Hın Min 2015-ci ilin yayından "Tottenhem"də çıxış edir. 30 yaşlı futbolçu cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 28 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi