"Milan" fransalının müqavilə müddətini uzatdı

17:58 - 9 Fevral 2023

"Milan"ın hücumçusu Olivye Jirunu razı sala bilib.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" fransalı forvardın müqavilə müddətini 2024-cü ilin yayına qədər uzadıb.

36 yaşlı futbolçunun sonuncu müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulmuşdu.

Jiru bu mövsüm A Seriyasında 19 oyunda 6 qol vurub.

 

Xəbər xətti