"Dinamo"nun sabiq üzvü "Sabah"da

18:35 - 9 Fevral 2023

Basketbol üzrə Azərbaycan çempionatının iddialılarından olan "Sabah" heyətini ABŞ-dan olan oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, ilk dəfə ölkə çempionatında iştirak edən "Sabah" Mayk Edvardsla anlaşıb.

1997-ci il təvəllüdlü basketbolçunun son klubu Tayvanın “Tayçinq Sans” klubu olub.

​Bundan əvvəl isə o, “Trepça”(Kosovo), “Dinamo”(Vladivastok) klublarında oynayıb.

Xəbər xətti