İtaliya A seriyasının təmsilçisi “Salernitana” bir futbolçusu ilə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya klubu İvan Radovanoviçin müqaviləsinə xitam verib.
Yarımmüdafiəçi 2022-ci ilin yanvar ayının sonundan “Salernitana”da çıxış edir.
34 yaşlı futbolçunun hansı komandaya keçəcəyi dəqiq deyil. O, “Partizan”, “Atalanta”, “Piza”, “Bolonya”, “Novara”, “Cenoa”da oynayıb.