"Kadinin zədəsi yoxdur, hər şey normaldır. O, özünü "Krasnodar"da xoşbəxt hiss edir. Kadi hazırda yeni klubu barədə düşünür. Amma o, istənilən halda, "Qarabağ"ı çox sevir".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Krasnodar"ın futbolçusu Kadi Borgesin meneceri Helsio Alisk deyib.
O, "əvvəlki illərdə "Qarabağ"dan ayrılan legionerlər sonradan yenidən bu komandaya qayıdıb, səncə Kadi də geri qayıdacaq?" sualına isə belə cavab verib: "Bu barədə bir söz deyə bilmirəm. Amma mən məsələ haqda pozitiv düşünürəm. Kadi üçün hər zaman ən yaxşısını istəyirəm. Amma bir gün "Qarabağ"a geri qayıtmaq lazım olarsa... Problem yoxdur. Futboldur da, hər şey ola bilər. "Qarabağ" Kadi üçün, Kadi də onlar üçün çox önəmli idi".
Mirbağırağa