"Hatayspor" Superliqadan çəkilib.
Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, bu barədə TFF-nin prezidenti Mehmet Böyükekşi məlumat verib. Federasiya rəhbəri klubun verdiyi qərarı bu cür açıqlayıb:
"Artıq "Hatayspor" federasiyaya bununla bağlı məktub göndərdi. Onlarla yanaşı "Qaziantep" da bu cür fikirdədir. Ola bilsin ki, liqaya 17 komanda ilə davam etdik".
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş 7,7 bal gücündə zəlzələ Hatayda da böyük dağıntılara, itkilərə səbəb olub.
Baş verən dağıntılar zamanı 17 minə yaxın insanın öldüyü bildirilir.