Ronaldo 4 qol vurdu, komandası qələbə qazandı - VİDEO

12:45 - 10 Fevral 2023

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr№ səfərdə "Əl Vehda"dın qonağı olub. Qarşılaşma portuqaliyalı hücumçunun komandasının 4:0 hesablı qələbəsiylə başa çatıb. Matçda bütün qolları Ronaldo vurub.

 

Xallarını 37-yə yüksəldən "Əl Nəssr" çempionatın lideridir. "Əl Vehda" isə 15 xalla 13-cü yerdədir.

 

"Əl Vehda" - "Əl Nəssr" 0:4

Qollar: Kriştiano Ronaldo, 21, 40, 53 (pen), 61

 

Xəbər xətti