Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qara qartallar" "Sampdoriya"dan Omar Kollini transfer edib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. "Beşiktaş" 30 yaşlı mərkəz müdafiəçisi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Omar Kolli "Sampdoriya"ya 2018-ci ilin yayında "Genk"dən transfer olunub. Qambiyalı futbolçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 18 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi