İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Sauthempton"dan Cimmi-Cey Morqanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı forvard "Çelsi"nin U-21 komandasında çıxış edəcək. "Mavilər" gənc istedad üçün onun klubuna 6 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, Cimmi-Cey Morqan "Sauthempton"un yetirməsidir. İngilis futbolçu cari mövsümdə "Sauthempton"un U-18 komandasının heyətində meydana çıxdığı 13 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi