"Neftçi"də oynamış futbolçu Ermənistan klubuna keçdi - FOTO

17:11 - 10 Fevral 2023

"Neftçi"nin sabiq futbolçusu Mateo Mujek karyerasını Ermənistanda davam etdirəcək.

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu ölkənin "Alaşkert" klubu ilə anlaşıb. Ermənistan klubunun xorvatiyalı ilə müqaviləsi yaya qədərdir.

Xatırladaq ki, Mujek 2017-ci ildə “Rudar”dan “Neftçi”yə keçmiş və 2018-ci ildə Bakı klubunu tərk edərək Qazaxıstana yollanmışdı.

Xəbər xətti