Elmar Baxşıyev: "Heç epizod da olmadı ki, hakimi müzakirə edək"

17:36 - 10 Fevral 2023

"Bilirdik ki, ağır olacaq. Həftə ərzində komanda ilə birlikdə məşq etməyənlər var idi. Bəzi futbolçular oyuna çatmaya bilərdilər. Sevindirici hal budur ki, İsnik Alimi məşqdə iştirak etməsə də, oyunda oldu. Faydasını da verdi. Komandanın oyunundan razıyam. İstədiyimi verirdilər. Sadəcə qol epizodlarını dəyərləndirməkdə əziyyət çəkirdik. Biz də komandanı sırf nəticəyə kökləyirik. Əgər komanda oyun ərzində 6-7 qol epizoduna girə bilirsə, mən tərəfdən hansı irad ola bilər? Dəyərləndirə bilmirik, onun da üzərində işləyirik. Amma mən komandadan istədiklərimi ala bilirəm, düşünülmüş gedişatlar edir futbolçular. Epizodları dəyərləndirə bilməməyimiz nəticəyə təsir edir. Ona görə də, matç heç-heçə bitdi".

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 22-ci turunun "Neftçi" (0:0) ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Laurentsiu Regekampf bildirdi ki, bu hakimlik bu oyuna yaraşmadı. Siz necə düşünürsünüz?
- Ümumi götürəndə, heç epizod da olmadı ki, burada hakimi müzakirə edək. Məncə, normal idarəçilik oldu.

- Yeni transferi nə vaxt görəcəyik meydanda?
- Onu hələ mən də görməmişəm. Bizə qoşulandan sağlamlığı qaydasında deyil. Üç gün yüksək hərarəti var idi. Nə vaxt sağlamlığı yerində olacaq, görəcəksiz.

- Öncə təyin edilib, daha sonra ləğv edilən penalti epizodu haqda fikriniz necədir?
- Epizodu hələ görməmişəm. Mən gördüyüm qədərilə toxunuş yox idi. Telefonla baxırdıq. Məncə, düz qərar veriblər.

Mirbağırağa

Xəbər xətti