"Çelsi"nin hücumçusu ABŞ-a doğru

18:03 - 10 Fevral 2023

“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq “Los-Anceles”ə keçə bilər. 

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “zadəganlar” Qrem Potterin planlarına daxil olmayan afrikalını buraxmağa hazır olduğu iddia olunur.

“Los-Anceles” Aubameyanqı icarəyə götürə bilər, lakin qabonlu hələ transferə razılıq verməyib.

33 yaşlı hücumçu forvard karyerası ərzində "Milan", "Dijon", "Lill", "Monako", "Sent-Etyen", "Borussiya", "Arsenal", "Barselona" klublarında oynayıb.

 

Xəbər xətti