21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 20-27 mart tarixlərində Antalyada təlim-məşq toplanışı olacaq.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
U-21 martın 23-də Albaniya, 26-də isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.