"Neftçi"yə Jeremi Manzorro adlı futbolçunun təklif olunması barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar"a təklif edilmiş 31 yaşlı futbolçu barədə yayda qərar verəcək. Onun xidmətində maraqlı olan digər klub "Səbail"dir. Fransalının bu iki klubdan birinə keçib-keçməyəcəyi yayda dəqiqləşəcək.
Adıçəkilən futbolçu hazırda klubsuzdur.
O, "Neftçi"nin yeni transferi Kilan Lebonla birlikdə "Astana"da çıxış edib.