Benzema daha bir il "Real"da qalacaq

21:34 - 10 Fevral 2023

Fransalı hücumçu Kərim Benzema "Real"la müqaviləsini 2024-cü ilin yayına qədər uzadıb.

Sportal.az xəbər verir ki, təcrübəli hücumçu daha bir il komandada qalacaq.

35 yaşlı forvardın hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

Komandanın baş məşqçisi Karlo Ançelottinin məsələ haqda fikri belə olub: "Kərim gələn mövsüm bizim hücumçumuz olacaq. O, həmişə olduğu kimi, özünü əla formada göstərir".

Xəbər xətti