Almaniya üçünücü Bundesliqasında 22-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, "Erzgebirge Aue" növbəti matçına çıxıb.
Millimizin üzvü Dmitri Nazarov da "Manhaym"a qarşı keçirilən görüşün iştirakçısı olub.
O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Qarşılaşma 2:1 hesabı ilə Nazarovun komandasının xeyrinə başa çatıb.
Aue klubu hazırda 24 xalla 14-cü pillədədir.