Niderland birinci divizionunda 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün də formasını geyindiyi “Eyndhoven” “Almere” ilə qarşılaşıb.
Matç Kökçünün komandasının 0:1 hesablı məğlubiyyəti ilə sona çatıb.
Meydana start heyətində çıxan Ozancan 83-cü dəqiqədə əvəzlənib. Hazırda “Eyndhoven” 39 xalla 5-ci pillədədir.