"Sevilya" "Latsio"nun yarımmüdafiəçisi Luis Alberto ilə maraqlanır.
Sportal.az "Todofichajes" portalına istinadən xəbər verir ki, İspaniya klubu qışda futbolçunu transfer etmək təklifi ilə çıxış etsə də, italiyalılar onu satmaq istəməyib.
Alberto özü isə romalıların düşərgəsini tərk etməyə hazırdır.
30 yaşlı “Sevilya” yetirməsidir. O, “Barselona”, “Liverpyl”, “Malaqa”, “Deportivo”, “Latsio” formaları geyinib. Futbolçunun "Sevilya"ya yayda geri dönəcəyi gözlənilir.