Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyununun hakimləri müəyyənləşib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər idarə edəcək.
Hakimlər: Eduardo Fernandes Koelho, Kristiano Santos, Felipe Qonsalo Santos Duarte
Hakim-inspektor: Edi Sunjiç (Xorvatiya)
UEFA nümayəndəsi: Kim Robin (Norveç)