"Atletiko"nun müdafiəçisi Santyaqo Arias "Çinçinnati"yə keçib.
Sportal.az MLS klubuna istinadən xəbər verir ki, 31 yaşlı futbolçu azad agent kimi yeni komandası ilə anlaşıb.
Arias əvvəllər icarə əsasında "Bayer"(Leverkuzen) və "Qranada"da çıxış edib.
Kolumbiyalı "Atletiko"nun heyətində 51 oyun keçirib, 1 qol vurub və 3 assist edib.
Əvvəllər isə o, PSV, "Sportinq", "La Ekidad" klublarında oynayıb.