Futbol üzrə Belçika çempionatında 25-ci turun qarşılaşmaları keçirilir.
Sportal.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" səfərdə "Vesterlo"nun qonağı olub. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.
25 turdan sonra 39 xal toplayan "Gent" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" - "Gent" görüşü 16 fevral tarixində, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Komandalar arasında cavab matçı bir həftə sonra Belçikada keçiriləcək.
saytlarin hazirlanmasi