"Konyaspor"la razılıq əldə edən "Dinamo"nun (Zaqreb) hücumçusu Mahir Emreli Türkiyəyə yollanıb.
Sportal.az xəbər verir ki, 25 yaşlı forvard instaqram hesabında təyyarədən şəkil paylaşıb. Millimizin üzvü Konyaya getdikdən sonra Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.
Mahir Emreli mövsümün sonuna kimi icarə əsasında "Konyaspor"da çıxış edəcək. "Ağ-yaşıllar" yayda azərbaycanlı futbolçunu birdəfəlik transfer edəcək.
saytlarin hazirlanmasi