Azərbaycan çempionatında VII turun cədvəli açıqlandı

15:30 - 12 Fevral 2023

Voleybol üzrə qadınlar arasında Yüksək Liqada növbəti oyunların vaxtı dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, III dövrənin matçlarına fevralın 13-də start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq VII turun ilk görüşü saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq.

 

Bu qarşılaşmadan iki saat sonra “Abşeron” - UNEC dueli start götürəcək.

Xəbər xətti