Millimiz dünya kubokunda ikinci oldu

18:15 - 12 Fevral 2023

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan seçməsi Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki dünya kubokunda gümüş medal qazanıb.

 

Sportal.az xəbər verir ki, yığmamız finalda Bolqarıstan seçməsinə 40:45 hesabı ilə uduzub.

 

Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ilk görüşdə Kanada millisinə 45:38 hesabı ilə qalib gəlmişdi. Komandamız 1/4 finalda Fransanı 45:44, yarımfinalda Macarıstanı 45:47 hesabı ilə üstələmişdi.

Xəbər xətti