"Qəbələ" futbol akademiyasında qapıçı məşqçisi kimi çalışmış Uğur Kurt Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı dağıntılar altında qalaraq həlak olub.
Sportal.az xəbər verir ki, 53 yaşlı məşqçi İskəndərun şəhərindəki zəlzələdə həyatını itirib.
Uğur Kurt 2009-2015-ci illərdə Azərbaycanda işləyib. O daha əvvəl "Qalatasaray" və "Başakşəhər"də eyni vəzifədə çalışıb.