Renat Dadaşovun qolu komandasını xilas etmədi

09:55 - 12 Fevral 2023

Futbol üzrə İsveçrə Super Liqasında 20-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Servett"in qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu qarşılaşmanın iştirakçısı olub. 23 yaşlı hücumçu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 57-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub.

20 turdan sonra 24 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti