Moskvada ənənəvi keçirilən “Legends cup” turniri başa çatıb.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının veteran yarımmüdafiəçisi Vyaçeslav Lıçkin “MDB əfsanələri” komandasının heyətində oynayıb.
Onun komandası finalda “Rusiya əfsanələri”nə 4:6 uduzub.
Millimizin sabiq üzvü bu görüşdə komandasının üçüncü qolunu vurub.
Xatırladaq ki, Lıçkinin komandası bundan əvvəl “Afrika əfsanələri”ni (7:6) və “Ulduzlar” komandasını (8:7) məğlub etmişdi.
saytlarin hazirlanmasi