Andrey Lunyovun agenti "Qarabağ"a keçid haqda: "Yaya qalıb"

11:10 - 13 Fevral 2023

Futbol agenti Anton Smirnov “Qarabağ”ın danışıqlar apardığı "Bayer"in rusiyalı qapıçısı Andrey Lunyovun gələcək taleyindən danışıb.

Sportal.az xəbər verir ki, Rusiya mətbuatı Lunyovun yayda Ağdam klubuna mümkün keçidindən söhbət açıb:

"Zədəli vəziyyətə görə aktiv danışıqlar dayandırılıb. Bütün variantlar yaya qalıb. İngiltərəni nəzərdən keçirəcəyik, Türkiyə variantı da qalır. Eyni anda “Qarabağ”ı da istisna etmirəm. Bütün variantları nəzərdən keçirəcəyik. Amma konkret olaraq Türkiyə variantına gəlincə, yayda orada iqtisadi vəziyyətin necə olacağını heç kim bilmir. Ola bilsin ki, futbol klubları əcnəbi futbolçuları dəvət etməyə hazır olmayacaq, böyük maliyyə problemləri olacaq".

Xəbər xətti