PSJ Neymarı satmağa qərarlıdır

11:37 - 13 Fevral 2023

PSJ yay "transfer pəncərəsi"ndə hücumçusu Neymarı satmağa qərar verib.

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, parislilər braziliyalı üçün sərfəli təklifi nəzərdən keçirməyə hazırdır.

Neymarın özü isə PSJ-dən ayrılmaq istəmir. 

Amma Fransa nəhəngi yayda bu addımı atacaq. 

31 yaşlı futbolçu 2017-ci ildən PSJ forması geyinir.

 

Xəbər xətti