"Komanda ilk dövrədə 50 xal toplayırsa, bu, onun çox güclü olmasının göstəricisidir"

11:53 - 13 Fevral 2023

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola "Arsenal"la çempionluq mübarizəsini şərh edib.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis fevralın 15-də "Arsenal"a qarşı keçiriləcək görüş haqda fikirlərini bildirib:

"Arsenal"ın ehtiyatda oyunu var. Gəlin, liqadakı bütün matçların arxada qaldığı vəziyyətə baxaq. Londona qələbə arxasınca gedəcəyik. Əgər komanda ilk dövrədə 50 xal toplayırsa, bu, onun çox güclü olmasının göstəricisidir".

Xəbər xətti