"İnter"dən "Mançester Yunayted"ə

12:51 - 13 Fevral 2023

"İnter"in müdafiəçisi Denzel Dumfris yay "transfer pəncərəsi"ndə komandadan ayrılacaq və onun üçün 50 milyon avro təklif ediləcək. 

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" artıq futbolçunun agentləri ilə transferlə bağlı danışıqlara başlayıb. 

26 yaşlı niderlandlı 2021-ci ilin avqustundan İtaliya klubunda oynayır. Niderlandlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 25 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ildə başa çatır.

Denzel əvvəllər PSV, “Heerenveen”, “Sparta” (Rotterdam) klublarında çıxış edib. 

Xəbər xətti