AFFA rəsmisinə UEFA-dan yeni təyinat

13:31 - 13 Fevral 2023

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.

Sportal.az xəbər verir ki, Məmmədov Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə) oyununda iş başında olacaq.

O, fevralın 16-da Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda baş tutacaq bu oyunda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Xəbər xətti