"Fransa millisinin formasını çıxarmağa hazır deyiləm"

14:09 - 13 Fevral 2023

“Milan”ın hücumçusu Olivye Jiru Fransa millisindəki karyerasını bitirmək fikrində olmadığını bildirib.

Sportal.az xəbər verir ki, “France 2” telekanalına danışan təcrübəli forvard karyerasını başa vurmaq istəmədiyini də deyib:

"Hər şeyin bitdiyini deyə bilmərəm. Ümid edirəm ki, qarşıda daha çox emosiyalar məni gözləyir. Butsılarımı mismardan asıb, mənim üçün çox əziz olan Fransa millisinin formasını çıxarmağa hazır deyiləm. Davam etmək üçün motivasiyalıyam və fiziki olaraq buna hazıram. Hazırda milliyə dəvət edilməyə hazıram”.

Xəbər xətti